• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Türkiyədə turizm gəlirləri rekord həddə ÇATDI

DÜNYA

31 Yanvar 2026 | 18:15

Türkiyədə turizm gəlirləri rekord həddə ÇATDI

Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 6.8% çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya istinadən xəbər yayıb.

"Ölkəmizin 2025-ci il üçün turizm gəlirləri 65.23 milyard dollar qiymətləndirilir və 2026-cı il üçün hədəf 68 milyard dollardır. Keçən il Türkiyəyə 64 milyon turist səfər edib", - deyə nazir bildirib.

Mehmet Nuri Ersoy xatırladıb ki, BMT-nin turizmlə bağlı hesabatlarına görə, Türkiyə 2017-ci ildə ən çox turist qəbul edən ölkələr arasında qlobal miqyasda səkkizinci yerdə qərarlaşmışdı, 2024-cü ilə qədər isə ölkə dördüncü yerə yüksəlib.


SON XƏBƏRLƏR