Tovuz rayonunda göldən meyiti aşkarlanan qadının şəxsiyyəti müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, meyiti tapılan şəxs Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü N.Cəfərovadır.
Aparılan ilkin araşdırmalar zamanı qadının bədənində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır./Unikal
***
22:01
Tovuzda göldə qadın meyiti aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.
Belə ki, sözügedən göldən orta yaşlı qadın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




