• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ucarda iki nəfər dəm qazından zəhərlənib

HADİSƏ

31 Yanvar 2026 | 21:40 | Müəllif: Əli Hüseynov

Ucarda iki nəfər dəm qazından zəhərlənib

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə axşam saatlarında baş verib.

    Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR