• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Pakistanda yol qəzası olub, 14 nəfər ölüb

DÜNYA

01 Yanvar 2026 | 15:14 | Müəllif: Əli Hüseynov

Pakistanda yol qəzası olub, 14 nəfər ölüb

Pakistanın şərqindəki Pəncab əyalətində avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Express Tribune" nəşri polisə istinadən məlumat yayıb.

Bildirlib ki, avtobusda tələbələr olub.

"Mikroavtobus traktoru ötməyə çalışarkən qarşı zolağa çıxıb və avtobusla toqquşub. Hadisə nəticəsində 9 nəfər ölüb, daha 5 nəfər isə sonradan xəstəxanada həyatını itirib. 29 yaralıdan üçünün vəziyyəti kritikdir", - məlumatla qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026