• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Zelenski Türkiyə ilə danışıqlar barədə məlumat verdi 

DÜNYA

01 Yanvar 2026 | 21:50

Zelenski Türkiyə ilə danışıqlar barədə məlumat verdi 

"Bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyədə əvvəlcə xarici işlər naziri, sonra isə kəşfiyyat rəhbəri ilə görüşüb". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Yeni ildə mübadilələri bərpa etmək üçün çox çalışırıq. Bu, Türkiyə ilə müzakirələrin əsas mövzusudur. Ukraynalılarımızı Rusiya əsirliyindən evə qaytarmaq üçün Türkiyədən köməyə ehtiyacımız var. Keçən il mübadilələr aktiv idi, amma təəssüf ki, ilin sonunda dayandırıldı. İndi onları bərpa etməliyik.

Umerov bu gün Amerika komandası və Avropadakı həmkarlarımızla gündəlik əlaqə saxlayır. Biz vacib görüşlər hazırlayırıq.

3 yanvarda görüş olacaq: Avropa nümayəndələri və biz Amerika komandasını onlayn gözləyirik", - Zelenski qeyd edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR