• Bakı C

    14.48 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Həkimlər körpəyə ölüm diaqnozu qoydu - Yolda ayıldı

HADİSƏ

01 Yanvar 2026 | 22:39

Həkimlər körpəyə ölüm diaqnozu qoydu - Yolda ayıldı

Bakıda yerləşən özəl xəstəxanalardan birində vəfat etdiyi bildirilən 9 aylıq uşaq dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib. Kənd sakini İsgəndərli Elif Pərviz qızı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb, vəziyyəti ağırlaşdığı üçün Bakıya göndərilib.

Həkimlər azyaşlıda həyat əlamətinin olmadığını bildiriblər və onu ailəsinə təhvil veriblər.

Uşaq dəfn üçün kəndə gətirilərkən ayılıb və təxminən 3 saat sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Yanvar 2026