Nüfuzlu "Transfermarkt" portalı 2025-ci ilin sonuncu günündə dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, mənbənin məlumatına görə, futbolda ən bahalı yarımmüdafiəçi ünvanı "Real Madrid"in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemindir.
22 yaşlı uıduz oyunçusunun dəyəri 160 milyon avrodur.
Ən yüksək qiymətə görə tərtib olunan reytinqdə ikinci yeri "Barselona"dan 23 yaşlı ispaniyalı Pedri (140 milyon avro) tutub. Ən bahalı yarımmüdafiəçilərin ilk "üçlüy"ünü "Bayern Münhen"in 22 yaşlı oyunçusu Camal Musiala (130 milyon avro) tamamlayıb.
Reytinqdə sonrakı yerdə 120 milyon avroluq transfer qiyməti olan üç oyunçu gəlir: Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal") və Federiko Valverde ("Real Madrid")./Unikal
Bakı 




