Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron Lions" "Sabah"la qarşılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı İdman Sarayında baş tutan A qrupunun oyunu "bayquşlar"ın 117:96 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" isə "Sumqayıt"ı (98:94) məğlub edib.
Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.
Bakı 




