• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Rusiya XİN: Ermənistan təhlükəsizliyinin qorunması KTMT ilə bağlıdır

DÜNYA

01 Yanvar 2026 | 20:19

Rusiya XİN: Ermənistan təhlükəsizliyinin qorunması KTMT ilə bağlıdır

"Ermənistan bütün hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib.

"Ermənistan təşkilat çərçivəsində qəbul edilən bütün qərarlardan xəbərdardır. Əlbəttə ki, biz Ermənistanın KTMT-də tam hüquqlu iştirakını fəal şəkildə dəstəkləyirik, çünki Ermənistanın, eləcə də bu təşkilatın digər üzvlərinin həqiqətən etibarlı təhlükəsizliyinin qorunmasının bundan asılı olduğu tamamilə aydındır. Əlbəttə ki, məhz belə bir nəticəni görməkdən məmnun olardıq", - Qaluzin qeyd edib.

O əlavə edib: "Biz erməni tərəfdaşlarımızla dialoqdayıq. Gəlin bu dialoqun nəticəsini gözləyək".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR