• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycanda maşınların qiyməti bahalaşacaq 

CƏMİYYƏT

01 Yanvar 2026 | 14:10

Azərbaycanda maşınların qiyməti bahalaşacaq 

İki növ yanacağın bahalaşması fonunda bəzi avtomobillərin qiymətlərində də artım müşahidə oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Ai-92 markalı benzin və dizel yanacağının qiymətindəki artım alıcıları daha qənaətcil avtomobillərə yönəldəcək.

Ekspertin sözlərinə görə, xüsusilə hibrid və "plug-in hybrid" avtomobillərə marağın artması qaçılmazdır.

Eldəniz Cəfərov bildirir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərin qiymətlərində 5-10 faiz civarında artım gözlənilir. Onun sözlərinə görə, hazırda qiyməti təxminən 27-28 min manat olan Çin istehsalı avtomobillərdə 2 500 - 3 000 manat aralığında bahalaşma ehtimalı var.


SON XƏBƏRLƏR

31 Dekabr 2025