• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Ürək tranplantasiyası keçirən pasient: Başqasının ürəyini daşımağın psixoloji təsiri yoxdur

CƏMİYYƏT

31 Yanvar 2026 | 12:35

Ürək tranplantasiyası keçirən pasient: Başqasının ürəyini daşımağın psixoloji təsiri yoxdur

“Əməliyyatdan əvvəl hərəkət edə bilmirdim, indi isə özümü çox yaxşı hiss edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, ürək transplantasiyası əməliyyatı keçirmiş pasiyent səhhətində baş verən dəyişikliklərdən danışıb. O bildirib ki, əməliyyatdan əvvəl tənginəfəslik, yuxusuzluq və hərəkət məhdudiyyəti yaşayırdı.

Pasiyentin sözlərinə görə, əməliyyatdan dörd ay keçməsinə baxmayaraq, hazırda vəziyyəti qənaətbəxşdir: 

“Əvvəllər hərəkət çətinlik çəkirdim. İndi isə rahat gəzirəm, hərəkət edirəm, normal həyatımı davam etdirirəm”.

O qeyd edib ki, əməliyyatdan əvvəl müəyyən qorxu və həyəcan yaşasa da, həkimlərə güvənib: “Doktora inandım və əməliyyata razı oldum. İndi gündəlik qidalanmam normaldır, dərmanlarımı qəbul edirəm. Müəyyən dərmanlar müddətlidir, bəziləri isə ömürlükdür”.

Pasiyent əməliyyatın təxminən 5–6 saat davam etdiyini bildirib və narkozda olduğu üçün prosesi tam xatırlamadığını qeyd edib. Onun sözlərinə görə, başqa bir insanın ürəyi ilə yaşamaq xüsusi hissdir, lakin bu, onda psixoloji gərginlik yaratmır.

“Psixoloji təsiri yoxdur. Normal insan kimi yaşayıram. Həyatımı davam etdirirəm”, – deyə pasiyent vurğulayıb.

O, donor ailəsinə və əməliyyatda əməyi olan bütün tibb işçilərinə xüsusi təşəkkürünü də ifadə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2026