Şimali Koreya lideri Kim Çen In Yeni il münasibətilə Pxenyanda etdiyi çıxışda Rusiya ilə münasibətləri “məğlubedilməz ittifaq” adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, o, 2025-ci ili “unudulmaz il” kimi xarakterizə edərək yalnız xalqın vətənpərvərliyinə və sədaqətinə güvəndiyini bildirib.
Kim Çen In ayrıca müraciətində Şimali Koreya hərbçilərinin ölkə hüdudlarından kənardakı fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu qüvvələrin əldə etdiyi nəticələr “çıxarılan və diqqətəlayiq nailiyyətlərdir”.
“Sizin fədakar və sədaqətli mübarizəniz sayəsində ölkəmizlə Rusiya arasında döyüş qardaşlığı, dostluq və məğlubedilməz ittifaq daha da güclənir”, – deyə Şimali Koreya lideri vurğulayıb.
Müşahidəçilərin fikrincə, bu bəyanat Rusiya ilə Şimali Koreya arasında hərbi-siyasi yaxınlaşmanın davam etdiyini açıq şəkildə nümayiş etdirir və Pxenyanın Moskva ilə strateji əməkdaşlığı ictimai şəkildə ön plana çıxardığını göstərir.
Bakı 




