Türkiyəli aparıcı Hasan Can Kaya və “Reynmen” ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş saxlanılıb.
Bakıvaxtı.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar narkotiklə bağlı əməliyyat çərçivəsində tutulublar.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Hasan Can Kaya və Yusuf Aktaşla yanaşı 5 nəfər də saxlanılıb.
Xatırladaq ki, daha əvvəl bu istintaq çərçivəsində aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıblar.
Bakı 




