• Bakı C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Tayvan Çinə qarşı müqavimət göstərəcəyini bəyan edib

DÜNYA

01 Yanvar 2026 | 20:01

Tayvan Çinə qarşı müqavimət göstərəcəyini bəyan edib

Tayvan prezidenti Lai Çin-de Yeni il münasibətilə etdiyi çıxışda ölkəsinin suverenliyini müdafiə edəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.

    Qeyd edək ki, bu həftə Pekin Tayvanın əsas adasını mühasirəyə almaq məqsədilə raketlər buraxıb, onlarla döyüş təyyarəsi, hərbi dəniz gəmisi və sahil mühafizə katerləri yerləşdirib. Rəsmi Taypey bunları “son dərəcə təxribatçı” adlandırıb.

    Tayvan prezidenti Lai Çin-de televiziya ilə yayımlanan çıxışında bildirib ki, onun mövqeyi hər zaman aydın olub: milli suverenliyi qətiyyətlə qorumaq, milli müdafiəni və cəmiyyətin ümumi dayanıqlığını gücləndirmək, effektiv çəkindirmə imkanlarını hərtərəfli formalaşdırmaq və möhkəm demokratik müdafiə mexanizmləri qurmaq.


    SON XƏBƏRLƏR