• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - GÜNÜN HAVASI 

CƏMİYYƏT

02 Yanvar 2026 | 09:00

Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - GÜNÜN HAVASI 

Bu gün Bakıda və Abşeron yarımadasında günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq .Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.


SON XƏBƏRLƏR

01 Yanvar 2026