• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Hər səhər 10 yumurta yeyir - FOTO

CƏMİYYƏT

31 Yanvar 2026 | 23:18

Hər səhər 10 yumurta yeyir - FOTO

Bloger Hüseyn Həsənov formada qalma sirrini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, blogerin səhər rütini olduqca sərtdir. O, hər səhərini 10 ədəd qaynadılmış yumurta, yulaf və protein kokteyli ilə açır. Bundan əlavə, bədəninin ehtiyacı olan vitamin balansını da unutmur.

Bloger qeyd edib ki, əvvəlki xaotik həyat tərzindən (gec yatmaq və nizamsız oyanmaq) tamamilə uzaqlaşıb. İndi o, yuxu rejiminə xüsusi önəm verir: Axşam 23:00-da yatır, səhər 07:00-da artıq ayaqdadır.

Bu rejim sayəsində orqanizminin 97% nisbətində bərpa olunduğunu və özünü daha gümrah hiss etdiyini bildirir.

Hüseyn Həsənov təkcə qidalanmasını deyil, həm də ətrafındakı insanları dəyişdiyini vurğulayıb. O, neqativ mühitdən uzaqlaşmağın və düzgün insanlarla vaxt keçirməyin həm mental, həm də fiziki sağlamlığına müsbət təsir etdiyini qeyd edib.


SON XƏBƏRLƏR

31 Yanvar 2026