• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verdi

SİYASƏT

02 Yanvar 2026 | 10:08

İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".


SON XƏBƏRLƏR

01 Yanvar 2026