• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi qrafikə uyğun aparılır

SİYASƏT

31 Yanvar 2026 | 21:23

Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi qrafikə uyğun aparılır

Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlər qrafikə uyğun aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı bildirilib.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycan və İran hazırda Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi layihəsini həyata keçirir, layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur.


SON XƏBƏRLƏR