• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Arda Güler üçün 80 milyon avroluq təklif

İDMAN

02 Yanvar 2026 | 19:45 | Müəllif: Zeynəb Rzayeva

Arda Güler üçün 80 milyon avroluq təklif

"Arsenal" komandası "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Gülerə "elçi düşüb".

Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mikel Arteta Arda Gülerin oyun tərzini çox bəyənir və onu komandasında görməyi çox istəyir.

Belə ki, İngiltərə təmsilçisi Arda Güler üçün 80 milyon avroluq təklif hazırlayıb. Lakin Xabi Alonso bu keçidə razılıq verməyib. O, A.Güleri komandasının əsas oyunçularından hesab edir.

Qeyd edək ki, Arda Güler bu il meydana çıxdığı bütün oyunlarda üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Madrid"lə 2029-cu ilin yayına qədər müqaviləsi var. (Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026