• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Dambrauskas: “Nə planlaşdırmışdıqsa, hamısını icra edə bildik”

İDMAN

01 Fevral 2026 | 00:00

Dambrauskas: “Nə planlaşdırmışdıqsa, hamısını icra edə bildik”

“Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi”.

Bakıvaxtı.az bildirir ki, bu sözləri “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasında “Zirə” ilə oyundan (3:1) sonra deyib.

“Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, “Zirə” həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var”, - baş məşqçi bildirib.


SON XƏBƏRLƏR

31 Yanvar 2026