• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm” - Rəşad Sadıqov

İDMAN

31 Yanvar 2026 | 20:51

“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm” - Rəşad Sadıqov

“Zirə” Misli Premyer Liqasının 18-ci turunda öz meydanında “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 məğlub durumda idik. Halbuki oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə olaraq rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi.

Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilmədən hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür etmək istəyirəm. Yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə olaraq rəqib komanda son vuruşlarda dəqiq çıxış etdikdə nəticəni öz xeyrinə dəyişmək çətin olur.

- Adətən, “Zirə” etibarlı müdafiə xətti ilə seçilir. Bu gün isə müdafiədə xırda səhvlər var idi. Sizcə, bu, nə ilə bağlıdır?

- Burada rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə.

- Rəqibin ilk qolundan əvvəl futbolçularınız əllə oyun olduğunu deyirdilər. Bunun komandanızın oyununa təsir etdiyini düşünmürsünüz?

- Düşünmürəm. Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar.


SON XƏBƏRLƏR