• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Budanov Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib

CƏMİYYƏT

02 Yanvar 2026 | 16:05 | Müəllif: Zeynəb Rzayeva

Budanov Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib

Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanova Ukrayna Prezident Ofisinin rəhbəri olmaq təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında Budanova belə bir təklif etdiyini deyib.

    “Mən Kiril Budanovla görüşdüm və ona Prezident Ofisinin rəhbəri vəzifəsini təklif etdim. Belə bir zamanda, Ukrayna təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də diplomatiyaya daha çox diqqət ayırmalıdır. Prezident Ofisinin rəhbəri də əsasən bu tapşırıqların icrasına xidmət edəcək”, - Zelenski bildirib.

    O vurğulayıb ki, eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi, eləcə də digər zəruri rəhbərlər və institutlarla qarşılıqlı əlaqədə Prezident Ofisinin yeni rəhbərinə dövlətin müdafiə və inkişafının strateji əsaslarını, həmçinin növbəti addımları yeniləyib təsdiqə təqdim etməyi tapşırıb.

    Kirill Budanov Ukrayna Prezident Ofisinin rəhbəri təyin olunub.

    Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib. (Apa)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026