• Bakı C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycanda tanınmış telejurnalist vəfat edib 

CƏMİYYƏT

02 Yanvar 2026 | 08:19

Azərbaycanda tanınmış telejurnalist vəfat edib 

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə telejurnalistin yaxınları məlumat paylaşıb.

Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.

2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib.

2009-cu ildən “TRT” televiziyasının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.

Allah rəhmət etsin!


SON XƏBƏRLƏR

01 Yanvar 2026