• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ancelina Coli Rəfah keçid məntəqəsini ziyarət edib

CƏMİYYƏT

02 Yanvar 2026 | 23:21

Ancelina Coli Rəfah keçid məntəqəsini ziyarət edib

Məşhur Hollivud aktrisası Ancelina Coli Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinə gedib. 

Bakıvaxtı.az “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, humanitar məqsəd daşıyan səfər çərçivəsində o, “Əl-Ariş” xəstəxanasında olub.

Məlumata görə, amerikalı aktrisa fələstinlilərin yaşayış şəraiti ilə yerində tanış olub, həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılması səyləri ilə maraqlanıb. 

Xatırladaq ki, Ancelina Coli ötən ilin noyabr ayında Ukraynanın Xerson şəhərinə səfər etmişdi. Burada o, mülki şəxslərin müalicə aldığı Xerson tibb müəssisələrinə baş çəkmişdi. 


SON XƏBƏRLƏR

02 Yanvar 2026
01 Yanvar 2026