ABŞ Prezidenti Donald Trampın 2024-cü il seçki kampaniyasını dəstəkləyən siyasi komitə olan MAGA Inc., 2026-cı il aralıq konqres seçkiləri üçün təxminən 300 milyon dollar ianə toplayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı təşkilatın 2 yanvar tarixində Federal Seçki Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb. Sənəddə qeyd olunur ki, 1 iyul - 22 dekabr 2025-ci il tarixləri arasında komitə donorlardan 102 milyon dollardan çox vəsait alıb. Onun ümumi vəsaiti təxminən 294 milyon dollardır.
Respublikaçılar Partiyası hazırda Nümayəndələr Palatasında cüzi səs çoxluğuna malikdir və Demokratların 214 yerinə qarşı 219-yerlə kifayətlənir. Konqresin ara seçkiləri bu ilin noyabrında keçiriləcək.
Yanvarın 1-də milyarder İlon Mask Respublikaçılar Partiyasının Konqres seçkilərində qalib gəlməsi üçün onu dəstəkləməyə davam etdiyi barədə xəbərləri təsdiqləyib. Milyarderin sözlərinə görə, radikal solçular qalib gəlsə, ABŞ məhv olacaq.
Bakı 




