• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Parisdə yəhudi məktəbinə hücum edildi

DÜNYA

01 Fevral 2026 | 23:43

Parisdə yəhudi məktəbinə hücum edildi

Paris prokurorluğu Fransanın paytaxtında yəhudi məktəbinə qarşı törədilmiş vandalizm aktları ilə bağlı istintaqa başlayıb.

Bakıvaxtı.az "Agence France-Presse"yə istinadən xəbər verir ki, "Bet Lubaviç" məktəbinə hücum Parisin XX dairəsində baş verib. 

Binanın pəncərələri sındırılıb, fasaddan videokamera və xatirə lövhəsi qoparılıb.

Paytaxt prokurorluğu din əleyhinə motivlərlə təşkil olunmuş qrup tərəfindən əmlakın zərər görməsi işi üzrə istintaqa başlayıb. Rayon polis komissarlığı isə təqsirkarların axtarışına başlayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026