• Bakı C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Fransa XİN: Avropanın Rusiya ilə ünsiyyət kanalı olmalıdır

DÜNYA

02 Fevral 2026 | 00:16

Fransa XİN: Avropanın Rusiya ilə ünsiyyət kanalı olmalıdır

"Avropa ölkələri Rusiya ilə birbaşa əlaqə qura bilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "Liberation" qəzetinə verdiyi müsahibədə bildirib.

O, Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə əlaqələrin bərpası ilə bağlı açıqlamalarıyla bağlı suala cavab olaraq qeyd edib: "Hazırda Ukraynanın əsas maliyyə və hərbi dəstəkçiləri olan avropalılar məsuliyyəti başqasına ötürmədən öz maraqlarını müdafiə etmək üçün bir ünsiyyət kanalına sahib olmaq imkanına malik olmalıdırlar".

Barrotun sözlərinə görə, Fransa heç vaxt Rusiya ilə dialoq imkanını istisna etməyib. Lakin o hesab edir ki, bu cür dialoq Ukrayna və onun Avropa tərəfdaşları üçün faydalı və şəffaf olması şərti ilə aparılmalıdır.

Qeyd edək ki, Makron yanvarın 6-da "France 2" telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinlə ən qısa müddətdə söhbət etmək niyyətində olduğunu bildirmişdi.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Fevral 2026
31 Yanvar 2026