Tərəflərin razılığı ilə həftənin ortalarında Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların yeni raundu təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin mənbəsi bildirib: "Həftənin ortasında keçiriləcək yeni turun tarixləri tərəflərin razılığı ilə müəyyən edilib".
Ancaq dəqiq gün verilməyib.
***
20:12
Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna böhranının həlli ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqların ikinci mərhələsinin tarixi bir neçə gün təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times " (NYT) qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Əbu-Dabidəki görüşün təxirə salınmasının səbəbi məlum deyil. Lakin qəzet vurğulayıb ki, bu, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında 31 yanvarda Florida ştatının Mayami şəhərində keçirilən danışıqlardan sonra baş verib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə danışıqların 4 və 5 fevral tarixlərində keçiriləcəyini bildirmişdi.
***
14:59
Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.
Qeyd olunur ki, əvvəlki raund üçtərəfli formatda yanvarın 23–24-də keçirilib. Bununla yanaşı, fevralın 1-də Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ tərəfi olmadan Əbu-Dabidə danışıqlar aparacaqlar.
ABŞ-ın dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yeni görüşdə iştirak ehtimalını istisna etməyib./APA
***
14:25
Bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının növbəti raundu olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hələ də həll olunmamış əsas məsələ ərazi problemidir: "Moskva Donbasın bir hissəsi üzərində nəzarət tələb edir".
Bakı 


jpeg-1769941408.jpeg)

