• Bakı C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İngiltərə klubu 37 yaşlı qapıçı ilə müqavilə bağlayıb

İDMAN

03 Yanvar 2026 | 09:51

İngiltərə klubu 37 yaşlı qapıçı ilə müqavilə bağlayıb

İngiltərə təmsilçisi "Bornmut" 37 yaşlı qapıçı Freyzer Forsterlə müqavilə bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Təcrübəli qolkiperin müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, yeni klubunda "17" nömrəli formanı geyinəcək.

Freyzer Forster 2025-ci ilin yanvarında "Tottenhem"dən ayrıldıqdan sonra klubsuz qalıb. O, karyerası ərzində Premyer Liqada 155 oyunda 204 qol buraxıb.


SON XƏBƏRLƏR

02 Yanvar 2026