• Bakı C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Ukrayna kəşfiyyatına o rəhbərlik edəcək

CƏMİYYƏT

02 Yanvar 2026 | 22:04

Ukrayna kəşfiyyatına o rəhbərlik edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşşenkonu Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri təyin edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı öz teleqram kanalında yazıb. 

“Bu gündən etibarən Oleq İvaşşenko dövlətimizə xidmət etməyə və Ukraynanın hərbi kəşfiyyatı mövqeyində Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üzrə tapşırıqları yerinə yetirməyə davam edəcək”, - Zelenski bildirib.

Xatırladaq ki, Zelenski daha əvvəl Kirill Budanovu Ukrayna Prezidentinin Ofisinin rəhbəri təyin edib. Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak korrupsiya qalmaqalından sonra noyabr ayında tutduğu vəzifədən istefa verib. 


SON XƏBƏRLƏR

01 Yanvar 2026