Partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub.
Bu barədə Bakıvaxtı.az "NBC News"a istinadən məlumat verir.
Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.
***
11:18
Venesuelada atəş səsləri eşidilməkdə davam edir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
***
10:24
Venesuelada partlayışlar qeydə alınıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Bakı 




