Fransanın Tuluza şəhərində həkimlər 88 yaşlı bir kişinin bağırsaqlarında I Dünya müharibəsi dövrünə aid güllə aşkar ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, kişi düz bağırsağındakı narahatlıq səbəbindən xəstəxanaya gedib və orada yad cisim olduğunu bildirib.
"Cərrah əşyanın çıxarılması prosesi zamanı onun təxminən 16 santimetr uzunluğunda və 4 santimetr diametrində Birinci Dünya Müharibəsi dövrünə aid sursat olduğunu müəyyən edib", - məlumatda qeyd edilib.
Əlavə olunur ki, xəstə sursatı haradan əldə etdiyi barədə rəsmi ifadə verməlidir. Lakin hakimiyyət orqanları həmin şəxsi cinayət məsuliyyətinə cəlb etməyəcək.
Əli Hüseynov
Bakı 




