İsrail fevral ayında Qərb Şəriyəsində 1965 hücum həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, İsrail ordusu 1454, qanunsuz məskunlaşan israillilər isə 511 hücumla Fələstin torpaqlarına müdaxilə edib.
Hücumlara evlərin və kənd təsərrüfatı tikililərinin dağıdılması, əmlakın müsadirəsi, ağacların məhv edilməsi və vandalizm daxildir.
Eyni zamanda, işğalçılar fevral ayında 2022 akr Fələstin torpağını ələ keçirib və 5 yeni yaşayış məntəqəsi salmağa cəhd ediblər.
Əli Hüseynov
Bakı 



