Əfqanıstan hökuməti Pakistanla münaqişənin heç vaxt ilk seçim olmadığını açıqlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Taliban hökumətinin mətbuat katibi Həmdullah Fitrat bildirib ki, Pakistan hücumları nəticəsində 110 nəfər ölüb, 123 nəfər yaralanıb, 8400 ailə didərgin düşüb.
Müdafiə Nazirliyi Pakistan tərəfində 150 əsgərin öldüyünü və 35 təhlükəsizlik məntəqəsinin hədəf alındığını açıqlayıb.
Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistan səfirinə etiraz notası təqdim edib.
Əli Hüseynov
Bakı 




