• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Qətərdə SEPAH-ın casus şəbəkələri aşkarlandı

DÜNYA

04 Mart 2026 | 11:26

Qətərdə SEPAH-ın casus şəbəkələri aşkarlandı

Qətərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı iki casus şəbəkəsi aşkarlanıb, 10 nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Qətərin rəsmi xəbər agentliyinə istinadən məlumat yayıb.

“Dəqiq müşahidə və izləmə əməliyyatları nəticəsində 10 nəfər tutulub. Onlardan yeddi nəfərə ölkənin həyati vacib və hərbi infrastrukturu haqqında məlumat toplamaq tapşırılıb, digər üçü isə təxribat fəaliyyəti aparmaq və pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçib”, - məlumatda bildirilib.

Təhqiqat zamanı tutulan şəxslər SEPAH-la əlaqələrini etiraf edərək, casusluq və pozuculuq missiyalarını həyata keçirmək tapşırığı aldıqlarını bildiriblər./APA 


SON XƏBƏRLƏR

03 Mart 2026