Şah Məhəmməd Rza Pəhləvinin ABŞ-də yaşayan oğlu Şahzadə Rza Pəhləvinin İranda rejim dəyişikliyi olarsa, hakimiyyətin ona ötürülməsi barədə ortaya atılan fikirlər ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməyib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Pəhləvi haqqında müsbət fikirdə olduğunu söyləsə də, İranda siyasi liderlik üçün ölkədəki uyğun şəxsə ehtiyac olduğunu vurğulayıb.
“Biz Pəhləvi barədə çox düşünməmişik. Mənə elə gəlir ki, içəridən kimsə daha uyğun ola bilər. Pəhləvi yaxşı insan kimi görünür, amma hazırda ölkə daxilində populyar olan biri mənə daha uyğun görünür", - deyə ABŞ lideri vurğulayıb.
Tramp onu da əlavə edib ki, İranda hakimiyyət dəyişikliyi üçün düşündükləri şəxslər hücum zamanı ölüb.
Bakı 




