• Bakı C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Səudiyyə Ərəbistanı HHQ Yəməndəki hava limanına hücumlar həyata keçirib

CƏMİYYƏT

02 Yanvar 2026 | 22:38

Səudiyyə Ərəbistanı HHQ Yəməndəki hava limanına hücumlar həyata keçirib

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Hədraməvt əyalətindəki Seyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

Məlumata görə, Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akel hava limanına zərbələri təsdiqləyib.

Qeyd edilir ki, Səudiyyə Ərəbistanına məxsus təyyarələr hava limanına azı üç zərbə endirib və şəhərdə güclü partlayışlar eşidilib.

Daha əvvəl şərqi Hədraməvtin qubernatoru Salem əl-Hənbaşi Cənubi Keçid Şurasının nəzarəti altında olan hərbi düşərgələri hökumət qüvvələrinə təhvil vermək üçün əməliyyatın başladığını elan edib. O, "Vətən qalxanı" bölmələrinin əyalətin qərbindəki Əl-Həşa rayonunda əsas dayaq nöqtəsi olan 37-ci briqadanın düşərgəsini geri aldığını, separatçı qüvvələri oradan çıxardığını və Seyun şəhərinə doğru irəliləməyə başladığını bildirib.


SON XƏBƏRLƏR

02 Yanvar 2026
01 Yanvar 2026