"Red Wings" aviaşirkəti Domodedovaya təxili eniş edən təyyarəsi ilə bağlı açıqlama yayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, təyyarənin təcili enişinin rəsmi səbəbi mühərriklərdən birinin iş parametrlərində dəyişiklik olub.
"Uçuş zamanı mühərrikdəki nasazlıq səbəbindən kapitan texniki mütəxəssislər tərəfindən əlavə yoxlama üçün uçuş hava limanına qayıtmaq qərarına gəlib. Təyyarə artıq təhlükəsiz eniş edib. Red Wings sərnişinləri yemək və içkilərlə təmin edəcək, həmçinin onlara hoteldə yerləşmə ilə bağlı kömək edəcək. Bir neçə uçuşun cədvəlindəki dəyişikliklərlə bağlı anlayışınızı xahiş edirik. Təhlükəsizlik aviaşirkətin mütləq prioritetidir", - Red Wings bildirib.
Qeyd edək ki, mühərriklərindən birində yanğın başlayan təyyarə yanacağı boşaltmaq üçün havada bir neçə dəfə dövrə vurub. Göyərtədə olan 425 sərnişindən xəsarət alan olmayıb.
Bakı 



