• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çin uçan avtomobillərin sınaq istehsalına başladı

DÜNYA

04 Noyabr 2025 | 13:56 | Müəllif: Qalib İbrahimoğlu

Çin uçan avtomobillərin sınaq istehsalına başladı

Çin “Land Aircraft Carrier” uçan avtomobillərin sınaq istehsalına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin elektrokar istehsalçısı “XPeng Aridge” Quançjoudakı zavodu açıqlama yayıb.

İtehsalçı gələcəkdə ildə 10 minədək uçan avtomobilin istehsalını planlaşdırır. Bu modellərin kütləvi istehsalı və satışı 2026-cı ildə həyata keçiriləcək.

Qeyd edək ki, sentyabr ayında Çində hava şousunun məşqi zamanı “XPeng” şirkətinin iki uçan avtomobili havada toqquşub. Onlardan biri zədəsiz ensə də, digəri alovlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026