• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə Qara dənizdə təhlükələrə qarşı tədbirlər görəcək

DÜNYA

04 Dekabr 2025 | 13:32

Türkiyə Qara dənizdə təhlükələrə qarşı tədbirlər görəcək

"Türkiyə Qara dəniz hövzəsində təhlükələrə qarşı lazımi tədbirlər görür".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

"Regional məsuliyyət prinsipi çərçivəsində biz Ukraynadakı müharibə ilə bağlı dəniz təhdidlərinə qarşı tədbirlər görürük", - məlumatda qeyd edilib.

"Görülən tədbirlər dəniz zonalarımızın, kritik sualtı və yerüstü tikililərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Buraya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən istifadə etməklə kəşfiyyat və müşahidə, həmçinin Qara Dəniz Minalardan Təmizləmə Qrupu çərçivəsində davam etdirilən fəaliyyət daxildir", - departamentdən bildirilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026