ABŞ administrasiyası tərəfindən təşkil edilən hərbi kampaniya və dəniz blokadasının hədəfi olan Venesuelaya təzyiq artdıqca iki ölkə arasındakı vəziyyət daha da gərginləşir.
Bakıvaxtı.az“Le Monde” nəşrinə istinadən xəbər verir ki, 1923-cü ildən etibarən Venesuelada fəaliyyət göstərən Amerika neft nəhəngi "Chevron" ölkədə nisbətən asanlıqla fəaliyyətini davam etdirir.
Məlumata görə, son günlərdə şirkətin icarəyə götürdüyü və Venesuela xam nefti daşıyan ən azı iki tanker ABŞ limanlarında yüklərini boşalda bilib. Tezliklə daha üç tankerin də limanlara çatacağı gözlənilir.
Bir sözlə, Vaşinqtonun hədəf aldığı digər neft tankerlerinden fərqli olaraq, "Chevron"a məxsus gəmilər sanksiyalara məruz qalmır və buna görə də sərbəst şəkildə hərəkət edə bilirlər. Vaşinqton və Karakas arasında artan gərginliyə baxmayaraq, ABŞ Venesuela iqtisadiyyatında hələ də əsas oyunçu və aparıcı xarici investor olaraq qalır.
ABŞ prezidenti Donald Tramp eskalasiyanın səbəbini narkotik qaçaqmalçılığı ilə bağlı problemlərlə izah edir. Venesuela prezidenti Nikolas Maduro isə öz növbəsində ABŞ-ni ölkəsinin sərvətlərini ələ keçirmək üçün onu devirmək istəməkdə günahlandırır.
Aydın Baxış
Bakı 




