• Bakı C

    10.28 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Bu ölkədə orta məktəblərdə mobil telefonlar qadağan edilir

DÜNYA

03 Yanvar 2026 | 12:41

Bu ölkədə orta məktəblərdə mobil telefonlar qadağan edilir

Fransa hökuməti ölkədə yeniyetmələrin, xüsusilə də məktəblilərin telefon asılılığından xilas edilməsi üçün səylərini artırır.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, prezident Emmanuel Makronun dekabrın ortalarında verdiyi açıqlamalara uyğun olaraq, Fransa 2026-cı tədris ilinin əvvəlindən 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi və orta məktəblərdə mobil telefonlardan istifadəyə tam qadağa qoymağı planlaşdırır.

“Le Monde” qəzetinin əldə etdiyi məlumata görə, bu məqsədlə iki maddədən ibarət qanun layihəsi artıq hazırlanıb və 2026-cı ilin əvvəlindən ictimai müzakirəyə çıxarılacaq. Hökumət “avadanlıqların və müəyyən rəqəmsal xidmətlərin kütləvi istifadəsi nəticəsində yaranan əsas risklər fonunda yetkinlik yaşına çatmayanların onlayn mühitdə qorunmasına” yönəlmiş bu layihənin ilin birinci rübündə qəbul ediləcəyinə ümid edir.

Layihənin ikinci maddəsi mobil telefon qadağasının orta məktəblərə də şamil edilməsini nəzərdə tutur. Bu məsələ ilə bağlı qərar qəbul etmək üçün Təhsil üzrə Ali Şuranın (Milli Təhsil Nazirliyinin məsləhət orqanı olan CSE) fövqəladə iclasının keçirilməsi planlaşdırılıb.

Hər iki tədbir əslində Milli Assambleyaya təqdim ediləcək iki ayrı qanun layihəsinin mövzusu olacaq. Onlar artıq Marne bölgəsindən olan deputat Lor Miller tərəfindən irəli sürülüb. Dövlət Şurasının layihələrlə bağlı qərarını yeni ilin ilk həftəsində verməsi gözlənilir. Sənədlər 19 yanvarda Milli Assambleyanın açıq iclasında müzakirəyə çıxarılacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR