ABŞ-nin Ukraynaya dair sülh planının bölündüyü dörd paketə ərazi və iqtisadi məsələlər, həmçinin Ukraynanın suverenliyi və Avropanın təhlükəsizliyi mövzuları daxildir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, paketlərdən biri Ukraynanın suverenliyi, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və raket ehtiyyatları ilə bağlı məsələlərə aiddir. Digər müddəalar ərazi məsələlərinə, iqtisadi əməkdaşlığa və Avropa təhlükəsizliyi məsələlərinə şamil olunur.
Aynur Babazadə
Bakı 



