• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

İsrail və Livan ikinci görüşünün keçirilməsi barədə razılığa gəliblər

DÜNYA

04 Dekabr 2025 | 12:59

İsrail və Livan ikinci görüşünün keçirilməsi barədə razılığa gəliblər

Dekabrın 3-də keçirilən ilk birbaşa danışıqlarda İsrail və Livan nümayəndə heyətləri 2025-ci ilin sonuna qədər yeni görüş təşkil etmək barədə razılığa gəliblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb.

Növbəti danışıqların məqsədi sərhədyanı ərazilərdə iqtisadi əməkdaşlığın perspektivlərini və qarşılıqlı etimad yaradılmasına kömək edə biləcək potensial birgə layihələri müzakirə etmək olmalıdır. 

Portalın mənbələrinə görə, hər iki tərəfi təmasları davam etdirməyə sövq edən ABŞ-dir: "ABŞ-nin uzunmüddətli hədəfini İsrail-Livan sərhədində, Hizbullah hərəkatının mövcud olmadığı "Tramp iqtisadi zonası" yaratmaqdır".

İsrail və Livan arasında heç vaxt diplomatik əlaqələr olmayıb. Beyrut 1948-ci ildə yaranan İsrail dövlətini tanımır. Diplomatik əlaqələrin olmamasına baxmayaraq, tərəflər Vaşinqton vasitəsilə qeyri-rəsmi əlaqə saxlayırlar. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025