• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

İsraildə İran casusu həbs edildi

DÜNYA

04 Dekabr 2025 | 12:53

İsraildə İran casusu həbs edildi

İsrail polisi İran üçün casusluqda şübhəli bilinən şəxsi həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, onun saxlanılması polis və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) birgə əməliyyatı nəticəsində mümkün olub.

Polis və Şin Betin ortaq bəyanatında Aşkelondan olan 37 yaşlı Amir Malkanın indiyə qədər İrandan casusluq müqabilində minlərlə dollar vəsait aldığı müəyyən edilib.

Onun casusluğunun fəaliyyət istiqamətləri və əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, İsrail mətbuatı 2024-cü ildən bəri İran üçün casusluq hallarında artım müşahidə olunduğunu yazır.

APA


SON XƏBƏRLƏR

22 Yanvar 2026