• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Çin ölkələri birtərəfli sanksiyaları birgə boykot etməyə çağırıb

DÜNYA

04 Dekabr 2025 | 12:24

Çin ölkələri birtərəfli sanksiyaları birgə boykot etməyə çağırıb

"Birtərəfli məcburi tədbirlər BMT Nizamnaməsini və beynəlxalq hüququn əsaslarını pozur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian İran, Çin və Rusiyaya qarşı sanksiyaların qlobal iqtisadiyyata təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

"Çin birtərəfli məcburi tədbirlərə qarşıdır və beynəlxalq ictimaiyyəti həmrəylik və əməkdaşlığı gücləndirməyə və birtərəfli tədbirlərə birgə qarşı çıxmağa çağırır", - diplomat qeyd edib.

Onun sözlərinə görə, bu cür məhdudiyyətlər əsas insan hüquqlarını, o cümlədən yaşamaq və inkişaf hüququnu ciddi şəkildə pozur, həmçinin BMT-nin 2030 Gündəliyinin həyata keçirilməsinə mane olur. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

03 Dekabr 2025