İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Aleksey Paramonovu nazirliyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Romadakı “Torre dei Conti” qülləsinin uçması ilə bağlı təhqiramiz bəyanatı olub.
Xatırladaq ki, Zaxarova İtaliyanın Ukraynaya yardımlarını tənqid edərək ölkənin iqtisadiyyatının və simvolik abidələrinin dağılmağa davam edəcəyini söyləmişdi.
Hadisə İtaliya ictimaiyyətində geniş narazılıq doğurub və Romada diplomatik gərginlik yaradıb.
Qeyd edək ki, on üçüncü əsrə aid tarixi qüllənin bir hissəsi bərpa işləri zamanı uçub, nəticədə bir fəhlə ağır yaralanıb.
Əli Hüseynov
 Bakı 


