Yaponiya hökuməti 2026-cı maliyyə ilində qismən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bənzəyən Milli Kəşfiyyat Agentliyini (NIA) işə salmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti yazır.
Agentliyin məlumatına görə, Milli Kəşfiyyat Agentliyi, xüsusən də açıq mənbələrdən və digər qurumlardan, ABŞ-dən və peyk kəşfiyyatı vasitəsilə əldə edilən məlumatları təhlil edəcək və Nazirlər Kabinetinin mövcud Tədqiqat Bürosunun əsasında formalaşacaq. Yeni struktur Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Polis və Ədliyyə nazirliklərində mövcud olan kəşfiyyat və əks-kəşfiyyat bölmələrinin fəaliyyətini əlaqələndirəcək. NİA-nın yaradılması haqqında qanun layihəsi 2026-cı ildə baxılmaq üçün parlamentə təqdim olunacaq.
Həmçinin Baş nazir və digər yüksək vəzifəli məmurların daxil olacağı Milli Kəşfiyyat Şurasının yaradılması təklif edilir. Qurum statusuna görə digər məsələlərlə yanaşı, xarici siyasət və müdafiə məsələlərini koordinasiya edən Milli Təhlükəsizlik Şurasına bərabər olacaq. Baş nazir və digər nazirlər də onun işində iştirak edirlər.
Əli Hüseynov
Bakı 



