Paytaxtın bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan da bahadır. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində mənzilin 1 kv metri 17550 manata təklif olunur.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar bəlli olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.
Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdursa, Ağ şəhər layihəsində bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat civarında dəyişir. Bəs qiymətlərdə formalaşan bu qədər artıma səbəb nədir?
Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması, həm də investisiya maraqları ilə bağlıdır. Paytaxtın mərkəzində mənzil almaq təkcə yaşayış deyil, həm də gələcəkdə böyük qazanc vəd edən aktiv hesab olunur. Bundan başqa, buradan ev alıb yüksək qiymətə kirayə verənlər də var. İnfrastruktur genişləndikcə həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bakı 




