• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çində zavodda partlayış - Ölənlər var 

DÜNYA

18 Yanvar 2026 | 19:01

Çində zavodda partlayış - Ölənlər var

Çinin Daxili Monqolustan muxtar rayonunun Baotou şəhərində yerləşən poladəritmə zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər ölənlər, beş nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 66 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın baş verdiyi müəssisə dünyanın ən iri polad istehsalçılarından biri olan "Baotou" Poladəritmə Şirkətinə məxsusdur. Sənaye qəzasının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026